Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi

Naxçıvandakı Gümüşlü göl ətrafında 4 nəfər həbs edildi

Sentyabrın 21-i və 22-də Naxçıvandakı Gümüşlü göl su hövzəsi ərazisinə qanunsuz daxil olmağa çalışan 4 nəfər həbs edilib.

 

Sfera.az xəbər verir ki, Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 21-də qadağan edilmiş əraziyə keçmək istəyən Muxtar Respublikanın sakinləri-Etibar Seyidov, Ruslan Məmmədov və Hüseyn Vəliyev saxlanılıblar. Onlar əraziyə piknik etmək məqsədilə keçmək istədiklərini deyiblər.

 

Adları qeyd edilən şəxslər daha sonra Şərur Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Seyidova 15, R.Məmmədova 20, H.Vəliyeva isə 10 sutka inzibati həbs cəzası verilib.

 

Bundan 1 gün sonra isə Gümüşlü gölün qadağan edilmiş hissəsinə daxil olmaq istəyən daha bir nəfər saxlanılıb. Məlum olub ki, həmin şəxs İran vətəndaşı, 1968-ci il təvəllüdlü Z.Z-dir. O, 1 həftə əvvəl Naxçıvan şəhərinə gəldiyini, Şərurun Gümüşlü kəndinə isə gəzinti məqsədilə səyahət etdiyini bildirib. Saxlanılan İran vətəndaşı daha sonra məhkəməyə göndərilib və barəsində 10 sutka inzibati həbs qərarı verilib.

 

Qeyd edək ki, Gümüşlü göl Şərur rayonunda Arpaçay su anbarının yaxınlığında yerləşir və Ermənistanla sərhədə yaxındır.


OXŞAR XƏBƏRLƏR

Alkatraz həbsxanası yenidən açılacaq: Tramp sərəncam verdi

ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək k...

Məşhur aktyor oğlunu əlillər evinə yerləşdirəcək

“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçür...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Elza onların arxiv fotosunu yaydı

Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə arxiv fotosunu paylaşıb.  Sfera.az xəbər verir ki, illər əvvəl lentə alınan şəkildə Xalq artisti Azərin v...

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...