Dəhşətli hadisədə ölən Elvin vəzifəli şəxsin oğlu imiş - FOTO

Dəhşətli hadisədə ölən Elvin vəzifəli şəxsin oğlu imiş - FOTO

Sentyabrın 23-də Bakının Maştağa qəsəbəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.

 

Sfera.az xəbər verir ki, mərhum tələbə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizovun oğludur.

 

Elvin İmişli rayonunda doğulub, böyüyüb və daha sonra ali təhsilini Gömrük Komitəsinin Akademiyasında almağa başlayıb.

 

Qeyd edək ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. (Qafqainfo)


OXŞAR XƏBƏRLƏR

Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olundu

Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi sürücüsü Ramiz Rasim oğlu Umudov həbs olunub.   Sfera.az "Teleqraf"a is...

Selə görə bu evlər təhlükə altındadır -VİDEO

Qudyalçayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaçmazın Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün təhlükə yaranıb. ...

Özgür Özələ hücum edən şəxsDANIŞDI

Türkiyədə müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ hücum edən Selçuk Tengioğlunun ifadəsi ortaya çıxıb.   Sfer...

Ərdoğan Trampla nələrdən danışdı? -DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığında Ukraynada sülhün təmin edilməsi, İranla danışıqlar və Qəzza zolağındakı və...

Alkatraz həbsxanası yenidən açılacaq: Tramp sərəncam verdi

ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək k...

Məşhur aktyor oğlunu əlillər evinə yerləşdirəcək

“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçür...