Logo

Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı

Şamaxıda iki avtomobil toqquşdu - 3 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində Qəbələ sakinləri – 1986-cı il təvəllüdlü Məmmədov Emin Eldar oğlu, 1994-cü il təvəllüdlü Nəsirli Pünhan İslam oğlu, Oğuz sakini, 2004-cü il təvəllüdlü Mirzəbəyov Şamil Qiyas oğlu xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR