Logo

Hacıqabulda avtomobil yoldan çıxaraq aşdı, ana və iki uşaq yaralandı

Hacıqabulda avtomobil yoldan çıxaraq aşdı, ana və iki uşaq yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabulda qadın sürücü qəza törədib.

Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb.

Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR