Logo

Salyanda ölümlə nəticələnən yol qəzası baş verdi

Salyanda ölümlə nəticələnən yol qəzası baş verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Sfera.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR