Bakıda iki körpüdə çat yarandı - VİDEO

Bakıda iki körpüdə çat yarandı - VİDEO

Bakının Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə yerləşən körpüdə çat yaranıb.

 

Sfera.az xəbər verir ki, vətəndaşlar körpünün uçmaq ehtimalı ilə bağlı narahat olduqlarını deyiblər.

 

Oxşar mənzərə metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı körpüdə də müşahidə edilib.

 

Memar Muxtar Ərturan məsələ ilə bağlı qeyd edib ki, sözügedən çatlar körpülərin tikintisi zamanı qoyulan temperatur kəsikləridir. Deformasiya tikişləri körpülərin tikintisi zamanı qoyulur, soyuq və isti aylarda temperatur kəsiklərində genişlənmələr olur.

 

“Temperatur kəsikləri illərlə baxılmadığı üçün deformasiya tikişlərinin rezinləri sıradan çıxıb. Tikişlər sıradan çıxdığı üçün yağış suları sözügedən boşluqlardan aşağı tökülür”, - o bildirib.

 

Memar onu da qeyd edib ki, temperatur tikişlərində ciddi problem yaranarsa, müəyyən faciələrə səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR

Səfərbərlik Xidmətinin sabiq rəisi həbs olundu

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik...

Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşü başlayıb.   Sfera.az ...

Sülhə həmişəkindən daha yaxınıq - PA rəsmisi

Artıq regionda Ermənistanın xoşməramlılığı ilə deyil, Azərbaycanın hərbi və məcburi tədbirləri sayəsində əldə olunmuş faktiki sülh var.   Sfera.az xə...

Dünya çempionatı zamanı yıxılan velosipedçi öldü

Gənclər arasında keçirilən dünya çempionatında yıxılaraq kəllə-beyin travması alan isveçrəli velosipedçi Muriel Furre vəfat edib.   Sfera.az Beynəlxa...

Bu marşrutların yolu DƏYİŞDİRİLİR - DİQQƏT!

Sabahdan Bakıda 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.   Sfera.a...

Abşeron rayonunda “27 sentyabr - Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirildi

Hər günü bir qəhrəmanlıq salnaməsi olan və xalqımızın şanlı qələbəsi ilə başa çatan Vətən Müharibəsinin ilk günü – 27 sentyabr ölkəmizdə Anım Günüdür. Müz...