Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı ehtiyatsızlıqdan öldü

Göyçay sakini Kəlbəcərdə yol çəkilişi zamanı ehtiyatsızlıqdan öldü

Kəlbəcər rayonunda işləyən Göyçay sakini bədbəxt hadisə zamanı dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, Göyçay rayonu Mallı-Şıxlı kənd sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Bəhruz Xudat oğlu bu gün Kəlbəcər rayonunun Alagöl kəndi ərazisində yol çəkilişi zamanı idarə etdiyi qreyderdən yerə düşərkən ehtiyatsızlıqdan ayağı sürüşüb, yıxılaraq başı daşa dəyib.

 

Bəhruz Rüstəmov ağır kəllə-beyin travması aldığı üçün hadisə yerində dünyasını dəyişib.

 

Bəhruz Rüstəmov bir ildən çoxdur ki, Qarabağ ərazisində aparılan yol çəkilişlərində tikinti texnikası idarə edirdi.

 

Hazırda onun meyiti yaşadığı Göyçay rayonunun Mallı-Şıxlı kəndinə gətirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...