Logo

Ədliyyə Nazirliyi: Bakıda baş verən yanğın Xətai rayon icra şöbəsində baş verməyib - YENİLƏNİB 

Ədliyyə Nazirliyi: Bakıda baş verən yanğın Xətai rayon icra şöbəsində baş verməyib - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibatı binasında yanğına dair yayılan xəbərlərlə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Apa.az-a verilən məlumata görə, yanğın nazirliyin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib.

Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib.

Hal-hazırda yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

***

Bu gün axşam saatlarında Bakının Xətai rayonunda güclü yanğın başlayıb.

Sfera.az  xəbər verir ki, FHN-nin“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR