Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var

Hadisə
09:35 / 05.09.2022
11325
Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Qaraqucaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)