Türkiyədə turistlərin qaldığı oteldə DƏHŞƏTLİ YANĞIN - VİDEO
Kateqoriya məlum deyil
Antalyanın Alanya rayonunda yerli və xarici turistlərin qaldığı oteldə yanğın baş verib.
Sfera.az xəbər verir ki, turistlər oteldən təxliyə edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Yanğına müdaxilə edən 2 yanğınsöndürən tüstüdən zərər görüb.
Yanğında ölən və yaralanan olmasa da, soyutma işlərinin davam etdiyi yanğının başvermə səbəbləri ilə bağlı araşdırma davam etdirilir.
Turan Rzayev,
Sfera.az






