Duqinin qızını öldürdüyü deyilən Natalya Vovkla bağlı şok iddia – “Kirayə qaldığı mənzildə 17 bıçaq zərbəsi...”

Duqinin qızını öldürdüyü deyilən Natalya Vovkla bağlı şok iddia – “Kirayə qaldığı mənzildə 17 bıçaq zərbəsi...”

Putinlə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqinin qızını öldürdüyü iddia edilən Natalya Vovkla bağlı yeni xəbər var.

Sfera.az bildirir ki, Avstriyanın “Exxpress” qəzeti Vovkun aqibətini açıqlayıb. Qəzet gənc qadının kirayədə qaldığı mənzildə ölü tapıldığını yazıb. Xəbərdə “Telegram” yazışmalarına istinad edilib və Vovkun 17 bıçaq yarası ilə öldürüldüyü iddiası yer alıb.

Defalarca saç ve plaka değiştirdi! Dünyanın konuştuğu kadın Natalya Vovk  kimdir? - Son Dakika Haberler

Dünya gündəminə bomba kimi düşən bu fərziyədən sonra ilk rəsmi açıqlama gəlib. “ANI News”un məlumatına əsasən, Avstriya daxili işlər naziri iddiaları təsdiq edə bilməyəcəyini söyləyib.

 

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinaya sui-qəsdin  Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığını irəli sürmüşdü. Bildirilmişdi ki, hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. Məlumata görə, o, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib və D.Duqinanın yaşadığı binada mənzil kirayələyib. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya keçib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...