Logo

Hacıqabulda avtomobil dərəyə aşdı, ər-arvad xəsarət aldı

Hacıqabulda avtomobil dərəyə aşdı, ər-arvad xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabulda baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

Sfera.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində kənd sakinləri, 1984-cü il təvəllüdlü Abdinov İlham İbad oğlu və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Abdinova Gülnar Əmirxan qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR