NATO-nun gizli hərbi sənədləri OĞURLANDI

NATO-nun gizli hərbi sənədləri OĞURLANDI

NATO-nun gizli hərbi sənədləri sızıb.

Sfera.az bildirir ki, alyansın raket istehsal edən, Avropanın aparıcı silah istehsalçılarından olan “MBDA Missile Systems” şirkətinin məlumatları, o cümlədən məxfi hərbi informasiyalar haker qrupu tərəfindən ələ keçirilib.

 

Sözügedən bilgilər onlayn satışa çıxarılıb. Qeyd olunub ki, hakerlər tərəfindən ələ keçirilən və satılan məlumatlar arasında Ukrayna müharibəsində istifadə edilən NATO silahlarının dizaynları da var.

 

“MBDA” məlumatların oğurlandığını təsdiqləsə də, məxfi hərbi sənədlərin heç birinin onlara aid olmadığını açıqlayıb. Fransada yerləşən və bütün Avropada fəaliyyət göstərən şirkət məlumatların xarici yaddaşdan oğurlandığını bildirib.

 

Məlumata görə,  informasiyalar İtaliyada  haker qrupu tərəfindən sındırıldığı üçün həmin ölkənin səlahiyyətliləri ilə hadisə araşdırılacaq. NATO sözçülərindən biri isə, “Biz “MBDA”dan oğurlandığı iddia edilən məlumatlarla bağlı məsələni qiymətləndiririk. Hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamət yoxdur”, deyə söyləyib.

 

Qeyd edək ki, hakerlər  rus və ingilis dilli forumlarda bu 80 GB –lik məlumatı 15 Bitcoinə (təxminən 18 min funt) satışa çıxarıblar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR