Türkiyə vətəndaşı Qusarda avtomobil qəzasında öldü
Kateqoriya məlum deyil
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın verdiyi məlumata görə, hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yük avtomobilinin sürücüsü olan Türkiyə vətəndaşını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir. (APA)






