Tunisdə qəzaya düşən gəminin azərbaycanlı üzvləri azadlığa buraxıldı

Tunisdə qəzaya düşən gəminin azərbaycanlı üzvləri azadlığa buraxıldı

Tunisdə qəzaya uğrayan gəminin azərbaycanlı heyət üzvləri azadlığa buraxılıb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, 16 aprel 2022-ci il tarixində Tunis Respublikasının Qabes şəhəri yaxınlığında Ekvatorial Qvineya bayrağı altında üzən “Xelo” gəmisi əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb.

 

Gəminin 7 nəfərlik heyət üzvündən iki nəfəri - Səfərov Fədail Əhməd oğlu və Pənahlı Əli Mirzə oğlu Azərbaycan vətəndaşı olub.

 

Gəminin heyət üzvləri hadisənin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə həmin gündən etibarən Tunis Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Vətəndaşlarımıza zəruri konsulluq yardımının göstərilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Tunis Respublikasının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb, Tunis Respublikasının aidiyyəti dövlət qurumlarında görüşlər keçirilib, gəminin saxlanılan heyət üzvləri ziyarət edilib.

 

Eyni zamanda, gəminin sahibi olan şirkətlə əlaqə saxlanılaraq, çətin vəziyyətə düşmüş vətəndaşlarımıza hüquqi və maliyyə yardımının göstərilməsi məsələsi üzrə danışıqlar aparılıb.

 

10 avqust 2022-ci il tarixində Qabes şəhər İbtidai Məhkəməsində keçirilmiş son məhkəmə iclasında qəzaya uğramış gəminin heyət üzvlərinin azad olunmasına dair qərar qəbul edilib. 2022-ci ilin 21 avqust tarixində vətəndaşlarımız Tunis Respublikasının ərazisini tərk ediblər.

 

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq harada olmasından asılı olmayaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...