Zəngəzurda ağır qəza - 2 erməni hərbçi öldü
Kateqoriya məlum deyil
Bu gün Ermənistanda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın "shamshyan" adlı kriminal xəbərlər saytı məlumat yayıb.
Hadisə Zəngəzur bölgəsində baş verib. Belə ki, “Opel Astra” markalı avtomobil naməlum şəraitdə hərəkət zolağından çıxıb və betona çırpılıb.
Qəza zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Saytın məlumatına görə, ölən şəxslər Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirlərmiş.






