Logo

Şəmkirdə ev yanaraq külə döndü

Şəmkirdə ev yanaraq külə döndü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 80 m² olan talvarın taxta atmaları yanıb.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR