Logo

Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi

Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Turizm və Menecment Universitetinin üçüncü kurs tələbəsi Elnur Abbasov dünyasını dəyişib.

Sfera.az-ın məlumatına görə, Bakı ətrafında istixanada fəhlə işləyən Elnur elə orada ağır xəsarət alıb.

Belə ki, Elnur istixanada çalışarkən hündürlükdən yıxılıb və boynu sınıb. Dörd gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, Elnur Abbasov 2001-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən 5 saylı Cəbrayıl qəsəbəsində doğulub, əslən Cəbrayıldandır. Onun özündən başqa, bir qardaşı və bir bacısı var. (Oxua.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR