Turist Elbrusda uşaq dünyaya gətirdi
Kateqoriya məlum deyil
Turist qadın Elbrus dağında uşaq dünyaya gətirib.
Sfera.az xəbər verir ki, “Qara-Başı” stansiyasında 3800 metr hündürlükdə olan qadının hamiləlik sançıları başlayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yüksək dağlıq axtarış-xilasetmə qrupu bildirib ki, onlar gələnə qədər o, artıq oğlan uşağı dünyaya gətirib.
Yeni doğulan oğlan uşağı və ana özünü yaxşı hiss edir.
Onlar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilibl






