Logo

Türkiyə vətəndaşı olan sürücü Zaqatalada qəzada öldü

Türkiyə vətəndaşı olan sürücü Zaqatalada qəzada öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalada “TIR” sürücüsünü maşın vurub öldürüb.

Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, yolda bir kişi minik avtomobili tərəfindən vurulub və ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Hədisə zamanı ölən şəxsin “TIR”  sürücüsü olduğu bildirilir. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Ölən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR