Ana oğlunu satmaq istəyərkən həbs edildi - ŞOK

Ana oğlunu satmaq istəyərkən həbs edildi - ŞOK

Rusiyanın Yekaterinbur şəhərində borcuna və ərinə görə oğlunu satmağa cəhd edən qadın saxlanılıb.

Sfera.az “Lenta.ru” saytına istinadən xəbər verir ki, “VKontakte” istifadəçilərindən biri ictimai paylaşımda 7 yaşlı oğlunu başqa ailəyə satmağa hazır olan bir qadının elanını görüb. Həmin elanda qadın böyrək transplantasiyası üçün pul lazım olduğundan belə bir qərar qəbul etdiyini bildirib. Şəxsi yazışmalarında o, birinci evliliyindən olan uşağı satmaq istədiyini etiraf edib.

 

Özünü Nərgizə kimi təqdim edən qadının sözlərinə görə, borcları, eləcə də yeni əri ilə uşağın münasibətlərinin pis olması onu buna sövq edib.

 

Bu əhvalat Rusiyanın insan alverinə qarşı mübarizə aparan “Alternativ” təşkilatına çatdırılıb. Könüllülərdən biri alıcı adı altında Nərgizlə əlaqə saxlayıb. Tərəflər sövdələşməni Yekaterinburq ticarət mərkəzinin yeməkxanasında aparmağa razılaşıblar. Bundan dərhal sonra “Alternativ” üzvləri polisə müraciət ediblər. Alış-veriş günü alıcı roluna hüquq-mühafizə orqanının əməkdaşı təyin edilib. Razılaşdırılmış vaxtda Nərgizə oğlu ilə gəlib. Qadın 300 min rubl (5 min dollar) üçün qəbz imzalayıb və uşağı verib. Bundan dərhal sonra Nərgizə polis tərəfindən saxlanılıb.

 

Oğlanın satılmasının səbəbkarlarından biri kimi çıxış edən Nərgizənin ikinci əri müstəqil şəkildə müstəntiqlərin yanına gələrək arvadının planlarından xəbərinin olmadığını bildirib.

 

Sayt xəbərində xatırladır ki, bundan əvvəl Dağıstanda 33 yaşlı daha bir qadın yeni doğulmuş uşağını plastik əməliyyat üçün 100 min rubla satmışdı.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR