Azərbaycanda AĞIR QƏZA: YAP-ın vəzifəli şəxsi öldü - FOTOLAR

Azərbaycanda AĞIR QƏZA: YAP-ın vəzifəli şəxsi öldü - FOTOLAR
Kateqoriya məlum deyil
T

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.

 

Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.

 

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR