Logo

Milli Yaylaq Festivalına gedən jurnalistlər yolda köməksiz qaldılar - FOTO

Milli Yaylaq Festivalına gedən jurnalistlər yolda köməksiz qaldılar - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, yağış suyu torpaq yolu keçilməz edib.

Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.
Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.

Qeyd edək ki, jurnalistlərin bugünkü səfəri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.

Milli Yaylaq Festivalına gedən jurnalistlər yolda köməksiz qaldılar - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR