Logo

İranda havaya qalxan təyyarənin təkəri partladı 

İranda havaya qalxan təyyarənin təkəri partladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün yerli vaxtla səhər saat 6:00 radələrində İranın "ATA" Hava Yolları Şirkətinə məxsus 6643 saylı Məşhəd-Nəcəf reysi ilə hərəkət edən sərnişin təyyarəsinin havaya qalxdıqdan sonra təkəri partlayıb.

Sfera.az xəbər verir ki, Məşhəd hava limanından havaya qalxan təyyarə təkərinin partlamasından sonra yerə eniş etməyə məcbur olub.

Sərnişinlərin təyyarələrdə istifadə edilən xilasedici sürüşmə vasitəsilə təxliyə edildiyi bildirilir.

Məlumata görə, sözügedən aviaşirkət sərnişinlərin İraqın Nəcəf şəhərinə çatdırılması üçün başqa təyyarə ayırıb.

Turan Rzayev,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR