Güclü zəlzələ Şərqi Azərbaycanı silkələdi
Hadisə
10:53 / 30.07.2022
8028
Bu gün, iyulun 30-u səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Qara Ağac bölgəsində yerli vaxtla saat 05:16-da 4,2 bal gücündə zəlzələ baş verib.
Sfera.az bildirir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi xəbərə görə, zəlzələ yerin 10 kilometr dərinliyində meydana gəlib.
Zəlzələnin yaratdığı mümkün dağıntılarla bağlı hələlik heç bir məlumat verilmir.
Turan Rzayev,
Sfera.az