Logo

Bərdədə 3 azyaşlını maşın vurdu

Bərdədə 3 azyaşlını maşın vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

Sfera.az-ın məlumatına görə, APA xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR