Məşhur aparıcının ailə üzvü təhqir edilidi, DİN-ə MÜRACİƏT ETDİ - VİDEO

Məşhur aparıcının ailə üzvü təhqir edilidi, DİN-ə MÜRACİƏT ETDİ - VİDEO

Tanınmış aparıcı İlkin Həsəni Daxili İşlər Nazirliyinə müraciət edib.

 

Sfera.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabından etdiyi müraciətdə ailə üzvlərindən birinin təhqirlərə məruz qaldığını bildirib:

 

"May ayının sonunda ailə üzvlərimdən birinin başına şəhərin mərkəzində xoşagəlməz hadisə gəlib. Bir xanım durduq yerdə təhqirlər edib, alçaldıcı hərəkətlərə yol verib. Məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət edib, şikayətimizi bildirmişik. Çox təəssüf ki, 50 gün keçməsinə baxmayaraq, o xanım hələ də nə tapılıb, nə də bu haqda bizə bir məlumat verilib. Yaxın günlərdə yenidən 102 xidmətinə bu barədə müraciət etdim. Məsələnin həllinin tapılacağına söz verilsə də, hələ də heç nə yoxdur. Ona görə də, məcbur qalıb bu şəkildə müraciət edirəm.

 

Hörmətli Daxili İşlər Nazirliyi və əməkdaşları! Sizə güvənərək bu videonu çəkirəm. Ümid edirəm ki, məsələ həllini tapacaq. Xanımın nömrəsi də, iş yeri də, yaşadığı yer də, avtomobil və mobil nömrəsi də bəllidir. Sadəcə olaraq, etik normalara görə, onun kimliyi barədə burada məlumat vermirəm, amma görsəm ki, heç bir nəticə yoxdur, kimliyini açıqlayacağam. Ümid edirəm ki, bu videodan sonra məni qoruyan polisim hərəkətə keçəcək və tərbiyəsizlik etmiş o xanım tapılacaq". 

 

Vəsilə İbrahim,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...