Bakıda marşrut avtobusu DYP avtomobilinə çırpıldı - FOTO
Kateqoriya məlum deyil
Bakıda marşrut avtobusu ilə yol polisi avtomobili toqquşub.
Sfera.az-ın məlumatına görə, hadisə Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində baş verib.
60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla DYP-yə məxsus "BMW" markalı xidməti avtomobil toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib.
Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.






