Ağcabədidə 5 otaqlı ev YANDI
Kateqoriya məlum deyil
Ağcabədi rayonunda güclü yanğın baş verib.
Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Aran kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






