Logo

"Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandı

"Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərsu” ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR