Logo

Balakəndə qəzada dörd nəfər xəsarət aldı

Balakəndə qəzada dörd nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Balakəndə minik avtomobili aşıb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

Sfera.az-ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu “Beşbulaq” adlanan ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Hənifə kənd sakini Kamran Nizami oğlu Abdullayev idarə etdiyi “VAZ 21063” markalı 10 ME 436 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkət olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.

Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakinləri Şəhla Nizami qızı Əlimərdanova, iki azyaşlı Ramal Ramazan oğlu Əlimərdanov, Soltan Ramazan oğlu Əlimərdanov və Səhnə Əhmədi qızı Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR