Logo

Ağcabədi sakinindən avtomat aşkar edilərək götürüldü - FOTO

Ağcabədi sakinindən avtomat aşkar edilərək götürüldü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Ağcabədi sakinindən avtomat aşkar edilərək götürüldü - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR