Logo

Jrinovskinin partiyasından maraqlı təklif: ““Z” və “V” hərfləri avtomobil nömrələrinə vurulsun”

Jrinovskinin partiyasından maraqlı təklif: ““Z” və “V” hərfləri avtomobil nömrələrinə vurulsun”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada avtomobil nömrələrində latın hərfləri olan “Z” və “V”dən istifadə edilməsi təklif edilib.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, belə bir təkliflə Liberal Demokrat Partiyasının (LDP) deputatları parlamentdə çıxış ediblər. LDP-nin deputatları hesab edir ki, avtomobil nömrələrində “Z” və “V” hərflərindən istifadə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına vətəndaş dəstəyini gücləndirəcək.

Qeyd edək ki, LDP partiyasının keçmiş sədri bir müddət öncə dünyasını dəyişən Vladimir Jrinovski olub. O, ultrasağçı və şovinist mövqeyi ilə seçilirdi. Jrinovskinin ölməsinə baxmayaraq partiyası onun siyasi xəttini davam etdirir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR