11-ci sinif şagirdi “Son zəng” öncəsi YOXA ÇIXDI - Nazirlik MƏLUMAT YAYDI

11-ci sinif şagirdi “Son zəng” öncəsi YOXA ÇIXDI - Nazirlik MƏLUMAT YAYDI

Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.

 

Sfera.az xəbər verir ki, rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.

 

Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR

“Qucaqlaşmaq üçün cəmi üç dəqiqə" - Məhdudiyyət tətbiq edildi

Yeni Zelandiyanın “Dunedin” hava limanı sərnişinləri ötürmə sahəsində qucaqlaşma müddətini üç dəqiqə ilə məhdudlaşdıran yeni qayda tətbiq edib. Bu q...

Dörd həyat yoldaşından 54 uşaq sahibi olmaq istəyir - FOTO

“Evlilik tanrısı” olmaq istəyən yaponiyalı 36 yaşlı Ryuta Vatanabenin dörd həyat yoldaşı və iki sevgilisi var. O, 10 uşaq atasıdır. Sfera.az bi...

Britni Spirs gəlinlik paltarında yenidən evləndiyini bildirdi - FOTO

42 yaşlı amerikalı müğənni Britni Spirs pərəstişkarlarına yenidən evləndiyini deyib. Sənətçi gəlinlikdəki kadrlarını İnstaqram səhifəsində paylaşıb.   ...

Möcüzəvi şəkildə sağ qaldı: buynuzlu delfin üzgüçüyə hücum etdi

Delfinlər çox həssas canlılardır. Davranışlarına cinsi narazılıq kimi amillər təsir edə bilər. Bu, insanlar üçün təhlükəlidir. Yapon üzgüçü onu dişləyən delfind...

Britaniya təyyarələri ilk dəfə raket dəstələri ilə mübarizə aparmaq üçün lazerlərdən istifadə edəcək - FOTO

Britaniya Hərbi Hava Qüvvələri qabaqcıl lazer texnologiyası əldə etmək ərəfəsindədir. Yeni lazer maşınları cəmi 1300 vatt güc tələb edir. Bu, mikrodalğalı ...

Bakıda adam oğurluğu:Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən - ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla...