Logo

Şəhid anasını təhqir edən müəllim HƏBS EDİLDİ

Şəhid anasını təhqir edən müəllim HƏBS EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.

Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.

O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.

Maraqlıdır, görəsən Füzuli rayon təhsil şöbəsinə hansı qanun imkan verir ki, psixoloji problemi olan birinin muəllim işləməsinə əmr versin?

Xatırladaq ki, şəhid anası ilə "müəllim" arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR