Xanımla maşında yatan şəxs məhkəməlik oldu

Xanımla maşında yatan şəxs məhkəməlik oldu

Gəncədə avtomobili yol kənarında saxlayıb yatan şəxs cərimə olunub.

 

Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət öncə gecə 03:50 radələrində polis əməkdaşları xidmətdə olarkən iki nəfəri avtomobildə yatmış vəziyyətdə görüb, onların huşsuz vəziyyətdə olub-olmadıqlarını yoxlamaq üçün maşına yaxınlaşıblar. Məlum olub ki, avtomobildə biri kişi, digəri qadın olmaqla iki nəfər var. 

 

Bu zaman maşındakı Zaur Alıyev (şərti) qeyri-adekvat hərəkətlər nümayiş etdirdiyi üçün polis bölməsinə dəvət edilib. O, polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə Nizami RPİ-nin növbətçi hissəsinə aparılıb. İdarədə ona polisin qanuni əmrinə tabe olmadığı əsası ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.

 

Z.Alıyev məhkəmədə özünü təqsirli bilməyərək deyib ki, yanındakı xanım tanışıdır:

 

“Nişan mərasimindən çıxdıqdan sonra saat 23:30 radələrində onu şadlıq sarayından götürdüm, birlikdə parka getdik. Qəhvə alıb içdikdən sonra hotelə gedərək gecəni orada keçirmək qərarına gəldik. Lakin hotelin administratoru nikah haqqında şəhadətnaməmiz olmadığı üçün bizi buraxmadı. Biz də parka qayıdıb avtomobili sakit bir yerdə saxlayıb arxa oturacaqda yatdıq. Bir qədər sonra avtomobilin pəncərəsinin döyüldüyünü eşitdik. Ayılanda polislər olduğunu gördük. Polis məndən və xanımdan özümüzü təqdim etməyimizi tələb etdi. Mən özümü təqdim etsəm də, xanımla bağlı tələbə etiraz etdim. Bu səbəbdən polis əməkdaşları məni bölməyə aparacaqlarını bildirdilər. Yanımdakı xanımın ad-soyadını təqdim etmədiyim üçün Polis Bölməsinə aparıldıq”.

 

Məhkəmədə ifadə verən polis serjantı Akif Vəkilov bildirib ki, ekipaj yoldaşı ilə xidmətdə olarkən iki nəfərin avtomobildə yatdığını görüblər:

 

“Avtomobilin şüşəsini döyüb oyatdıq ki, birdən dəm qazından boğulmuş olarlar. Özümüzü təqdim edərək haradan olmalarını soruşdum. Oğlan özünü təqdim etsə də, xanımın ad soyadını soruşduqda bizə Amerikada yaşadığını bildirdi. Xanıma da soyadını deməməsini tapşırdı. Hərəkətləri bizdə şübhə yaratdı, özünü aqressiv aparmağa, uca səslə qışqırmağa başladı. Onu patrul maşınına mindirərək Polis Bölməsinə apardıq”.

 

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinən Zaur Alıyev Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 150 manat cərimə edilib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...