Logo

İçərişəhərdə qala divarlarının üstünü yazan şəxs saxlanıldı - FOTO

İçərişəhərdə qala divarlarının üstünü yazan şəxs saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İçərişəhər Qala divarlarına müxtəlif yazılar yazılmaqla tarixi abidə korlanmaya məruz qalıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirib ki, divarlara müxtəlif yazılar yazaraq tarixi abidəni korlayan şəxsin kimliyi müəyyən edilib:

"Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Qala divarını yazaraq korlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, əməli törədən şəxs 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadədir. Hazırda Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət verilməsi təmin ediləcək”.

İçərişəhərdə qala divarlarının üstünü yazan şəxs saxlanıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR