Zaqatalada dronla axtarılan əcnəbi ilə bağlı YENİ FAKT - Vəzifəli şəxsin oğludur

15:30 / 02.06.2022
197
Zaqatala rayonunda itkin düşən turistin axtarışları barədə bəzi detallar məlum olub.
Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonda itkin düşən Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin atası və qardaşı 4 gün əvvəl Zaqatalaya gəliblər.
İtkin düşən şəxsin atası Hindistanda nazirliklərdən birində yüksək vəzifədə çalışır.
O, ərazidə axtarış edən şəxslərə oğlu tapılarsa, pul mükafatı vəd edib.
K.Manikathın atası və qardaşı da axtarışlara qoşulublar.