Bakıya toya gələn qohumlar qəzaya düşdü - 7 yaralı

Hadisə
22:35 / 28.05.2022
134
Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.
Kliniki Tibbi Mərkəzdən Sfera.az-a verilən məlumata görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.
Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.
Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.