Logo

Bakıda polis əməkdaşları qəzaya düşdülər - FOTO

Bakıda polis əməkdaşları qəzaya düşdülər - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.

Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi “Fiat” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və “Mercedes-Benz”in sürücüsü ağır bədən xəsarətləri alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. (APA)

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR