Ermənistanlı turist Qarabağda itkin düşdü

15:52 / 22.05.2022
239
Ermənistan vətəndaşı Qarabağın yuxarı hissəsində - keçmiş Ağdərə rayonu ərazisində gəzinti zamanı itkin düşüb.
Sfera.az xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb.
Bildirilib ki, həmin şəxs Kolatak icmasının ərazisində, Qaçaqakaberddən Xaçın çayına gedən yolda yoxa çıxıb.
Xilasedicilər tərəfindən müəyyən edilib ki, 63 yaşlı Ermənistan vətəndaşı S.M. turist qrupunun bir üzvüdür, çaya gedərkən yoldaşlarına irəli gedəcəyini və qrupun qalan hissəsini körpünün yanında gözləyəcəyini söyləyib. Təyin olunmuş vaxtda qrup körpüyə enib, lakin həmin şəxs orada olmayıb. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.