Logo

Şuşada xeyli sayda silah-sursat aşkar edildi

Şuşada xeyli sayda silah-sursat aşkar edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR