“TikTok” fenomeni video çəkmək üçün meşəni yandırdı - FOTO

12:31 / 20.05.2022
281
Pakistanda sosial media fenomeninin izləyicilərin sayını artırmaq üçün qəsdən meşə yanğını törətdiyi iddia edilir.
Sfera.az bildirir ki, dünyaca məşhur sosial media platforması “TikTok”-da 11 milyon izləyicisi olan “Humaira Asghar” davam edən meşə yanğını olan ərazidə gümüşü rəngli libasda gəzərkən çəkdiyi videosunu paylaşıb. O, “Harada olsa, orada yanğın var” şərhini videosuna əlavə edib.
Fenomenin video çəkmək üçün qəsdən yanğın törətdiyi iddia edildikdən sonra həmin görüntülər hesabdan silinib.
İslamabad Vəhşi Təbiət Şurasının sədri Rina Səid Xan Satti "O, yanğını gözəl təsvir etmək əvəzinə söndürmək üçün bir vedrə su tökməli idi",- deyə bildirib.
İnci
Sfera.az