“Azərişığ”ın əməkdaşı iş başında xəsarət aldı

Hadisə
00:30 / 12.05.2022
1239
"Azərişığ”ın əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax rayonunun Qapıçay kəndində baş verib.
Belə ki,Qax şəhər sakini, 1985-ci il təvəllüdlü Kərimov Vasif Kərim oğlu işıq dirəyində iş görən zaman ehtiyatsızlıqdan yıxılıb.
Hadisə zamanı ağır xəsarət alan Vasif Kərimovu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilk yardım göstərib və daha sonra onun vəziyyətini nəzərə alaraq, Bakı şəhərindəki xəstəxansların birinə göndəriblər.