Mobil operatorun qülləsinə çıxaraq özünü atmaq istədi

Hadisə
11:50 / 09.05.2022
573
Salyan rayonunda intihara cəhd edilib.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Sfera.az xəbər verir ki.ş Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunun Xıdırlı kəndində bir nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.