Azərbaycanlı iş adamı Afrikada yol qəzasında öldü

Hadisə
11:09 / 08.05.2022
852
Afrikada qızıl çıxarılması ilə məşğul olan "Arifoglu Gold" şirkətinin rəhbəri Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.
Sfera.az bildirir ki, bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. Bildirilib ki, bir müddətdir Mavritaniya və Mali Respublikalarında mədənçilik və xeyriyyə işləri ilə məşğul olan iş adamı avtomobil qəzası səbəbindən həyatını itirib.