Sumqayıtda ağır qəza - ölən və yaralanan var

Hadisə
10:05 / 08.05.2022
691
Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.
Sfera.az xəbər verir ki, "Samand" markalı minik avtomobili yol kənarında olan divara çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Səmədov Elxan Eldar oğlu həyatını itirib. Nəqliyyat vasitəsinin sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.