Kürdəmirdə kütləvi dava: 5 nəfər yaralandı

Hadisə
21:57 / 03.05.2022
1605
Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.
Kənd sakini Əfqan Gülü oğlu Allahverənov özünə məxsus əkin sahəsini suvaran zaman həmkəndlisi Abdulla Nuru oğlu Məmmədov ilə aralarında mübahisə yaranıb. Bu zaman onlar bir-birlərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Bundan sonra mübahisəyə onların yaxınları da müdaxilə edib, lakin bu, kütləvi dava ilə nəticələnib. Dava zamanı kənd sakinləri, qardaşlar - Əfqan Gülü oğlu Allahverənov, Allahverən Gülü oğlu Allahverənov, Fəxrəddin Gülü oğlu Allahverənov, Daşqın Gülü oğlu Allahverənov, qarşı tərəfdən isə Məmmədov Abdulla Nuru oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar./Report/