"165"in sərxoş sürücüsü 3 avtomobili əzdi - FOTO

Bu gün Binəqədi rayonunda marşrut avtobusu zəncirvari yol qəzası törədib.

Sfera.az xəbər verir ki, 165 saylı marşrut xəttinə məxsus olan 10 TH 030 dövlət qeydiyyat nişanlı, "Daewoo” markalı sərnişin avtobusu Sulutəpə qəsəbəsində yolun kənarında dayanmış üç minik avtomobilini vurub.

Nəticədə "VAZ”, "KİA” və "Hyundai” markalı atomobillərə ziyan dəyib. "KİA” markalı maşına daha çox ziyan dəyib və tam yayarsız hala düşüb.

Bildirilir ki, 165 saylı marşrut xətti Mehdiabad-Yasamal istiqamətində fəaliyyət göstərsə də, bu gün günorta saatlarında xəttə məxsus 10 TH 030 nömrə nişanlı avtobusun sürücüsü nahar etmək üçün nəqliyyat vasitəsi ilə birlikdə Sulutəpədəki evə gedib. Evdə nahar etdikdən sonra sürücü sərxoş vəziyyətdə avtobusu idarə edərək işə qayıtmaq istəyib və qəsəbə ərazisində zəncirvari qəza törədib.

Faktla bağlı araşdırmalar aparılır (qafqazinfo). 






OXŞAR XƏBƏRLƏR

Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika ...

İngiltərə və Rusiya qələbəni fərqli qeyd edəcək - Ukrayna artıq yerini müəyyənləşdirib

İkinci Dünya müharibəsində Avropada qələbənin 80-ci ildönümü münasibətilə İngiltərədə genişmiqyaslı hərbi parad və anım mərasimləri keçiriləcək.  Kral III...

Uşaqlara verilməsi qadağan olunan tərəvəzlər - XƏBƏRDARLIQ

Əksər tərəvəzlər böyüyən uşaq orqanizmi üçün son dərəcə faydalı olsa da, bəzi istisnalar da var. Pediatrlar və diyetoloqlar böyüklər üçün çox faydalı və məşhur ...

Mask öz şəhərini qurdu - Starbase artıq mövcuddur - FOTO

ABŞ-nin Texas ştatında keçirilən referendum nəticəsində İlon Maskın uzun müddətdir planlaşdırdığı Starbase adlı yeni şəhərin yaradılması rəsmiləşib. Səsvermədə ...

“Ukraynanın Kurska hücum edəcəyini bilirdik” - Aleksandr Sladkov

Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu haqqında öncədən məlumatlı olub.  Sfera.az “Lenta.ru”yə istinadən xəbər verir k...

TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan etdi

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #Azərbay...