15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı

15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı
15 aprel tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Allahverdi Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.
 

OXŞAR XƏBƏRLƏR